EvCəmiyyətUniversitetlərdə "IT SkillSprint" proqramı başlayır: rəqəmsal bacarıqlar üçün beynəlxalq təhsil

Universitetlərdə “IT SkillSprint” proqramı başlayır: rəqəmsal bacarıqlar üçün beynəlxalq təhsil

Azərbaycan universitetlərində rəqəmsal bacarıqlar üzrə qlobal səviyyəli intensiv proqram “IT SkillSprint”-in qeydiyyatına start verilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil Dövlət Agentliyi ilə “Ironhack” tədris şirkətinin birgə təşəbbüsüdür.

Proqram tələbələrin müasir texnologiyalarda nəzəriyyə və praktikanı gücləndirməyi, qlobal iş bazarına hazırlamağı, universitetlər-sənayə əlaqələrini artırmağı hədəfləyir. Universitetlərdə beynəlxalq İT təhsil standartlarının tətbiqi də prioritetdir.

Tədris istiqamətləri və format:

  • “DevOps və Cloud Computing”
  • “Data və AI”
  • “Cybersecurity”
  • “Web Development”

Hibrid tədris beynəlxalq mentorların Bakıdakı bootcamp dərsləri, real layihələr, portfel formalaşdırma, hakatonlar, karyera sərgiləri və şəbəkələşmə ilə zənginləşəcək. Uğurlu məzunlar “Ironhack” sertifikatı alacaq.

3-cü kursun 2-ci yarımilində təhsil alan, 400+ balla daxil olmuş tələbələr (hər ixtisasdan) qeydiyyat, test imtahanı və müsahibədən keçərək iştirak edə bilər. Proqram 2026-cı il fevral-iyul (6 ay) davam edəcək, kreditlər universitetlər tərəfindən tanınacaq – iştirakçılar digər fənlərdən azad olacaq.

Pilot layihə seçilmiş universitetlərdə başlayacaq. Qeydiyyat: https://ironhack.typeform.com/idda-ironhack (son tarix: 20 dekabr 2025).

“Ironhack” 2013-cü ildən 25 000+ məzun yetişdirmişdir, onların 75%-i proqramdan sonra iş tapıb, 800+ qlobal şirkətdə çalışır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər