“Los Anceles Leykers” klubunun ulduzu, üçqat Olimpiya çempionu Lebron Ceyms peşəkar basketbol karyerasını yaxın gələcəkdə bitirməyi planlaşdırır. 40 yaşlı idmançı bu barədə “Compleks” jurnalına verdiyi müsahibədə danışıb.
Ceyms bildirib: “Bundan sonra 10 il oynamaq fikrim yoxdur. Karyeramın sonu yaxınlaşır. Bu, qaçılmazdır, amma hələ baş verməyib”. O, 23-cü NBA mövsümünə qədəm qoyur və 2025-26 mövsümünə qədər müqaviləsi var. Bəzi mənbələrə görə, Ceyms kiçik oğlu Brays ilə birlikdə oynamaq istəyi səbəbindən karyerasını 2026-cı ilə qədər uzada bilər.
Qeyd edək ki, Ceyms dördqat NBA çempionu olub və NBA-nın bütün zamanların ən yaxşı bombardiri kimi tanınır.





