EvİdmanAmerikalı basketbol ulduzu Lebron Ceyms karyerasını başa vurmağa hazırlaşır

Amerikalı basketbol ulduzu Lebron Ceyms karyerasını başa vurmağa hazırlaşır

“Los Anceles Leykers” klubunun ulduzu, üçqat Olimpiya çempionu Lebron Ceyms peşəkar basketbol karyerasını yaxın gələcəkdə bitirməyi planlaşdırır. 40 yaşlı idmançı bu barədə “Compleks” jurnalına verdiyi müsahibədə danışıb.

Ceyms bildirib: “Bundan sonra 10 il oynamaq fikrim yoxdur. Karyeramın sonu yaxınlaşır. Bu, qaçılmazdır, amma hələ baş verməyib”. O, 23-cü NBA mövsümünə qədəm qoyur və 2025-26 mövsümünə qədər müqaviləsi var. Bəzi mənbələrə görə, Ceyms kiçik oğlu Brays ilə birlikdə oynamaq istəyi səbəbindən karyerasını 2026-cı ilə qədər uzada bilər.

Qeyd edək ki, Ceyms dördqat NBA çempionu olub və NBA-nın bütün zamanların ən yaxşı bombardiri kimi tanınır.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər