Qazaxıstanda güclü qar fırtınası zamanı sanitar aviasiya təyyarəsi An-2 sərt eniş etməli olub.
Daylinews-Az xəbər verir ki, bu barədə Qostanay vilayəti Fövqəladə Hallar Departamenti məlumat yayıb.
“Bu gün Kostanay – Arkalık marşrutu üzrə uçan sanitar aviasiya təyyarəsi güclü qar fırtınası səbəbindən Arkalık şəhərinin 1.5 km yaxınlığında, hava limanı ərazisində sərt eniş edib”, – deyə məlumatda bildirilib.
Təyyarədə iki pilot və iki həkim olub. Fövqəladə hallar xidməti dərhal hadisə yerinə çataraq bütün sərnişinləri xilas edib. Xəsarət alan yoxdur və hadisənin səbəbləri araşdırılır.





