EvCəmiyyət"Azəristiliktəchizat": İstilik mövsümünün müddəti uzadıldı

“Azəristiliktəchizat”: İstilik mövsümünün müddəti uzadıldı

Azərbaycanda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar “Azəristiliktəchizat” ASC paytaxtda və bölgələrdə fəaliyyət göstərən qazanxana və istilik məntəqələrinin işini davam etdirəcək. Bu barədə qurumun mətbuat katibi Elvin Başqallı məlumat verib.

Onun sözlərinə görə, hava şəraitini nəzərə alaraq istilik təchizatı bir neçə gün daha təmin ediləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istilik mövsümünün bu gündən etibarən başa çatması nəzərdə tutulmuşdu. Lakin anomal soyuqlar səbəbindən mövsüm müvəqqəti olaraq uzadılıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər