Bu gün futbolsevərləri Azərbaycan Kubokunun I təsnifat mərhələsində həyəcanlı qarşılaşmalar gözləyir. İkinci oyun günündə iki matç keçiriləcək və komandalar növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar.
Oyunlar saat 14:00-da start götürəcək:
- Göygöl Olimpiya İdman Kompleksində “Göygöl” və “Şəmkir” komandaları üz-üzə gələcək. Görüşün baş hakimi Murad Səlimovdur, hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi isə Mübariz Hüseynov olacaq.
- Eyni vaxtda Quba Olimpiya İdman Kompleksində “Quba” və “Xankəndi” arasında duel baş tutacaq. Bu oyunun hakimləri Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə və İslam Məmmədov, hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Yavər Rəhimovdur.
Xatırladaq ki, dünən baş tutan matçlarda “Ağstafa Gəncləri” “Şirvan”ı (1:0), “Qaradağ Lökbatan” “Ağdaş”ı (8:0), “Sheki City” “Araz-Saatlı”nı (3:2), “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı (3:2) məğlub edərək kubokun II mərhələsinə yüksəlib.





