2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektorunda ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon dollara çatıb.
Daylinews-Az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən açıqlanıb. Son bir il ərzində ölkənin ərzaq məhsulları ixracının dəyəri 19,7% artaraq 84,2 milyon dollara yüksəlib.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracı 10,4% artaraq 64,8 milyon dollara, aqrosənaye məhsullarının ixracı isə 44,3% artaraq 22,2 milyon dollara çatıb. Ümumilikdə, kənd təsərrüfatı və aqrosənaye məhsullarının birgə ixrac dəyəri 17,5% artımla 87,1 milyon dollara yüksəlib.
Son bir ildə qara metallardan və onlardan hazırlanan məhsulların ixrac dəyəri 2,8 dəfə artıb. Şəkər və ondan hazırlanan qənnadı məmulatlarının ixracında 34,9%, alkoqollu və alkoqolsuz içkilərdə 39,2%, üzvi kimyəvi birləşmələrdə isə 52,4% artım qeydə alınıb.





