ABŞ-ın İst-Raterford şəhərindəki “Meadowlands Arena” stadionunda keçirilən qarşılaşma dramatik sonluğu ilə yadda qalıb. Uzun müddət qapılara qol vurulmayan görüşdə Norveç həlledici zərbələri oyunun sonlarında endirib və 2:1 hesablı qələbə qazanıb.
Braziliya ilk hissədə hesabı açmaq üçün böyük fürsət əldə etsə də, 14-cü dəqiqədə Bruno Gimarayeş penalti zərbəsini boşa verib. Norveç qapıçısı Eryan Nyuland əla seyvlə komandasını geridüşməkdən xilas edib.
Matçın taleyi son on dəqiqədə həll olunub. Erlinq Holand əvvəlcə 79-cu dəqiqədə hesabı açıb, ardından 90-cı dəqiqədə ikinci dəfə fərqlənərək Norveçin üstünlüyünü möhkəmləndirib. Braziliya yalnız əlavə olunmuş vaxtın 90+10-cu dəqiqəsində Neymarın penaltidən vurduğu qolla fərqi minimuma endirə bilib.
Bu qələbə sayəsində Norveç mundialın 1/4 final mərhələsinə yüksəlib və İngiltərənin rəqibi olub.
Meksika – İngiltərə: Bellinqem erkən həlledici zərbəni vurdu

Mexikodakı məşhur “Azteca” stadionunda keçirilən qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən planlaşdırılandan bir saat gec start götürüb. Yağışa və gərgin mübarizəyə baxmayaraq, İngiltərə yığması 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
İngilislər ilk hissədə qısa zaman kəsiyində oyunun axarını dəyişiblər. Cud Bellinqem 36 və 38-ci dəqiqələrdə vurduğu qollarla komandasını önə keçirib. Lakin fasilədən əvvəl Xulian Kinyones fərqlənərək Meksikanın ümidlərini yenidən artırıb.
İkinci hissədə İngiltərə 54-cü dəqiqədə Carrell Kuansanın qırmızı vərəqə alması ilə azlıqda qalıb. Buna baxmayaraq, komanda penalti qazanıb və Harri Keyn 60-cı dəqiqədə hesabı 3:1 edib. Ardınca Keynin qayda pozuntusundan sonra Meksika da penalti hüququ əldə edib və Raul Ximenes 69-cu dəqiqədə fərqlənərək son hesabı müəyyənləşdirib. Matçın qalan hissəsində Meksika təzyiqi artırsa da, hesab dəyişməyib.





