Evİdman“Liverpul”, “Barselona” və “Real Madrid” Çempionlar Liqasından nə qədər qazandı?

“Liverpul”, “Barselona” və “Real Madrid” Çempionlar Liqasından nə qədər qazandı?

İngiltərənin “Liverpul” klubu, Çempionlar Liqasının ümumi mərhələsini lider kimi tamamlayaraq turnirdə ən çox qazanan komanda oldu. Klub indiyə qədər 56.2 milyon avro gəlir əldə edib. İspaniyanın “Barselona” klubu isə 54.5 milyon avro qazanc əldə edərək ikinci sırada qərarlaşıb. Kataloniya klubu turnirin ümumi mərhələsini ikinci pillədə başa vurdu.

“Real Madrid” isə ümumi mərhələni 11-ci yerdə tamamlayaraq 37.27 milyon avro gəlir əldə edib. Bununla belə, Madrid klubu 1/8 finala vəsiqə qazandığı halda əlavə 11 milyon avro əldə edəcək.

Çempionlar Liqasında ən çox qazanan klublar:

  1. Liverpul – 56.2 milyon avro
  2. Barselona – 54.5 milyon avro
  3. Real Madrid – 37.27 milyon avro (+11 milyon avro qazanmaq şansı)

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər