EvSiyasətAlmaniya kansleri Şolts: Hökuməti daha tez buraxmalı idim

Almaniya kansleri Şolts: Hökuməti daha tez buraxmalı idim

Almaniya kansleri Olaf Şolts hökumətini daha əvvəl buraxmalı olduğunu etiraf edib.

Daylinews-Az xəbər verir ki, bu barədə Almaniyanın Tagesspiegel qəzeti məlumat yayıb.

“Köhnə hökuməti, bəlkə də, daha tez buraxmalı idim”, – deyə kansler Kotbusda keçirilən tədbirdə bildirib.

Öz qərarlarını izah edərkən Şolts idman metaforasından istifadə edib:

“Bir komandanın kapitanı oyunun ortasında meydana çıxıb media nümayəndələrinə belə deməz: “Bu oyunçu zəif çıxış edir. Əgər belə davam edərsə, burda dayanacağıq”. Bunun əvəzinə, komanda üzvlərinə işlərini daha yaxşı görmək üçün daha çox çalışmaları lazım olduğunu başa salmaq lazımdır”, – deyə kansler vurğulayıb.

O, həmçinin hökumət tərəfdaşlarına bəzən daha çox səy göstərmələri üçün xəbərdarlıqlar etməyin faydalı ola biləcəyini qeyd edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər