Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, oktyabr ayının 7-dək aktiv olan Orionid meteor yağışı xüsusilə 21-dən 22-nə keçən gecə pik həddə çatacaq. Bu zaman Orion bürcü gecəyarısından sonra üfüqtən qalxaraq, meteor yağışını müşahidə etmək üçün ən əlverişli şərait yaranacaq.
Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında bu nadir təbii hadisəni rahatlıqla izləmək mümkün olacaq. Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir və adını məhz Orion bürcündən alır. Saatda 20-yə qədər meteor görünə bilər.
Orionid meteor yağışının yaranma səbəbi Halley kometinin atmosferə buraxdığı toz və daş hissəciklərinin uzun müddət ərzində izinin yerə çatmasıdır. Yer orbitinin həmin izdən keçdiyi zaman hissəciklər atmosferdə yanaraq, parlaq işıq şüaları yaradırlar.
Orionidlərin özəlliyi onların yüksək sürətidir – təxminən saatda 66 km. Bu sürətli hərəkət sayəsində səmada buraxdıqları izlər qısa, lakin çox parlaq görünür.





