EvİqtisadiyyatBiləsuvar GES-də I panelin quraşdırılması mərasimi keçirilib

Biləsuvar GES-də I panelin quraşdırılması mərasimi keçirilib

Biləsuvar rayonunda inşa edilən 445 MVt gücündə günəş elektrik stansiyasında (GES) birinci panelin quraşdırılması ilə bağlı mərasim təşkil olunub. Tədbirə dövlət qurumları, beynəlxalq şirkətlər və yerli icra hakimiyyəti nümayəndələri qatılıblar.

Un Biləsuvardan ezam olunmuş əməkdaşının məlumatına əsasən, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki tərəfi enerji istehsal edən 943 mindən çox günəş panelinin quraşdırılması planlaşdırılır. Gücü 625–630 Vt aralığında olan panellər mərhələli şəkildə stansiya ərazisinə gətirilir və 8131 tək oxlu izləmə sistemi ilə təchiz ediləcək. İstismara veriləndən sonra panellərin təmizlənməsi avtomatik sistemlərlə aparılacaq. Stansiyanın növbəti il işə salınması nəzərdə tutulur.

Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov, “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev çıxış edərək layihənin ətraf mühitin qorunmasında və enerji keçidində böyük önəm daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, Biləsuvar GES Azərbaycanın bərpa olunan enerji hədəflərinə uyğun olaraq regionun ən böyük günəş enerji layihələrindən biridir. Layihə çərçivəsində həm yüksək texnologiyalar tətbiq olunur, həm də 1500-dən çox yerli mütəxəssis işlə təmin olunacaq.

Xatırladaq ki, layihənin icrası Azərbaycan dövləti ilə BƏƏ-nin “Masdar” şirkəti arasında 2024-cü ilin iyununda imzalanıb, təməli isə Prezident İlham Əliyev və BƏƏ-nin sənaye naziri tərəfindən qoyulub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər