Türkiyə texnologiya sahəsində yeni bir sıçrayış edərək dünyada ilk dəfə raket atəşləmə qabiliyyətinə malik robot it təqdim edib.
“Daylinews-az.com” portalının məlumatına görə, bu yenilik barədə “CNN Türk” telekanalı xəbər yayıb.
Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkətlərindən olan “Roketsan” tərəfindən hazırlanmış “Koz” adlı robot it İstanbulda təşkil olunan IDEF beynəlxalq müdafiə sənayesi sərgisində ictimaiyyətə təqdim olunub. Bu innovativ cihaz özünün unikal xüsusiyyətləri ilə diqqət çəkib.
“Koz” robotu “CNN Türk” telekanalında jurnalist Fulya Öztürkün aparıcılıq etdiyi proqramda geniş şəkildə nümayiş etdirilib və onun funksionallığı haqqında ətraflı məlumat verilib.





