ABŞ Televiziya Akademiyası 78-ci “Emmi” mükafatına namizədlərin siyahısını açıqlayıb. Bu il ən çox nominasiya qazanan layihə tibb mövzusunda çəkilmiş “Pitt” dram serialı olub. Ekran işi ümumilikdə 25 nominasiya əldə edib və “Ən yaxşı dramatik serial” da daxil olmaqla bir sıra əsas kateqoriyalarda mübarizə aparacaq. Serialın aktyor heyəti isə ümumilikdə 13 fərdi nominasiyada təmsil olunur.
Komediya janrında isə “Hacks” (“Xitroşlar”) ön plana çıxıb. Serialın beşinci mövsümü 24 nominasiya qazanaraq komediya layihələri arasında yeni rekord müəyyənləşdirib. Bu göstərici ötən il eyni kateqoriyada 23 nominasiya alan “The Bear” və “The Studio” seriallarını geridə qoyub.
Yeni layihələr arasında qorxu-komediya janrında çəkilən “Widows Bay” 19, dramatik “The One” isə 18 nominasiya əldə edib. Bundan başqa, müğənni Bad Bunny NFL finalındakı fasilə şousuna görə 9 nominasiya qazanaraq bu sahədə yeni rekorda imza atıb.
Əsas nominasiyalar
Ən yaxşı dramatik serial:
- “The One”
- “The Diplomat”
- “Friends & Neighbors”
- “Paradise”
- “Pitt”
- “The Gilded Age”
- “Slow Horses”
- “A Knight of the Seven Kingdoms”
Ən yaxşı komediya serialı:
- “Abbott Elementary”
- “Nobody Wants This”
- “The Bear”
- “Hacks”
- “Shrinking”
- “Only Murders in the Building”
- “Widows Bay”
- “Margo’s Got Money Troubles”
Ən yaxşı mini-serial:
- “Beef”
- “The Beast in Me”
- “Love Story”
- “VDS. St. Louis”
- “It’s All Her Fault”
Ən yaxşı televiziya filmi:
- “Heads of State”
- “Miss You, Love You”
- “People We Meet on Vacation”
- “Remarkably Bright Creatures”
- “Jack Ryan: Shadow War”
Aktyor nominasiyaları
Ən yaxşı kişi aktyor (dram):
- Sterling K. Brown – “Paradise”
- Mark Ruffalo – “Task”
- Rufus Sewell – “The Diplomat”
- Gary Oldman – “Slow Horses”
- Noah Wyle – “Pitt”
Ən yaxşı qadın aktrisa (dram):
- Rhea Seehorn – “The One”
- Zendaya – “Euphoria”
- Chase Infiniti – “The Testaments”
- Carrie Coon – “The Gilded Age”
- Keri Russell – “The Diplomat”
Ən yaxşı kişi aktyor (komediya):
- Matthew Rhys – “Widows Bay”
- Yahya Abdul-Mateen II – “Wonder Man”
- Steve Carell – “The Rooster”
- Martin Short – “Only Murders in the Building”
- Jason Segel – “Shrinking”
Ən yaxşı qadın aktrisa (komediya):
- Quinta Brunson – “Abbott Elementary”
- Lisa Kudrow – “The Comeback”
- Ayo Edebiri – “The Bear”
- Elle Fanning – “Margo’s Got Money Troubles”
- Jean Smart – “Hacks”
Ən yaxşı kişi aktyor (mini-serial və ya film):
- Riz Ahmed – “Bait”
- Jason Bateman – “Black Rabbit”
- Charlie Hunnam – “Monster: The Ed Gein Story”
- Oscar Isaac – “Beef”
- Matthew Rhys – “The Beast in Me”
Ən yaxşı qadın aktrisa (mini-serial və ya film):
- Claire Danes – “The Beast in Me”
- Sally Field – “Remarkably Bright Creatures”
- Carey Mulligan – “Beef”
- Sarah Pidgeon – “Love Story”
- Sarah Snook – “It’s All Her Fault”
Ən yaxşı animasiya serialı:
- “Star Wars: Visions”
- “Bob’s Burgers”
- “South Park”
- “Smiling Friends”
- “Rick and Morty”
Mükafatlandırma mərasimi sentyabrda keçiriləcək
78-ci “Emmi” mükafatlarının təqdimetmə mərasimi 14 sentyabr tarixində Los-Ancelesdə yerləşən Peacock Theater səhnəsində baş tutacaq. Bu il mərasimin aparıcısı aktrisa və prodüser Mariska Hargitay olacaq. O, son 15 ildə “Emmi” mərasimini təkbaşına aparan ilk qadın kimi tarixə düşəcək.
“Emmi” televiziya sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və ilk dəfə 1949-cu il yanvarın 25-də Hollivudda təqdim edilib. Hazırda mükafat yüzlərlə kateqoriya üzrə televiziya sənayesinin ən yaxşı layihələrini və yaradıcılarını qiymətləndirir.





