7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvŞou biznesAygün Kazımovanın uğurları: milyonlarla izlənmə toplayan hitlər

Aygün Kazımovanın uğurları: milyonlarla izlənmə toplayan hitlər

Son illərdə Xalq artisti Aygün Kazımova musiqi səhnəsində möhkəm şəkildə öz yerini qoruyur. Onun göz qamaşdıran görünüşü, təsirli mahnıları, geniş rezonans doğuran konsertləri və hər birinə xüsusi diqqətlə çəkilmiş klipləri daim müzakirə mövzusudur.

Axşam.az-ın məlumatına görə, pop musiqisinin kraliçasının oxuduğu mahnılar ardıcıl olaraq hitə çevrilir. “Parol”, “Bilmək olmaz”, “Vəfasızlar”, “Sağ-salamat” kimi mahnıları aylarla dillərdən düşmür və pop musiqi sevənlərin sevimli ifaları arasında yer alır.

Kazımovanın son çıxışı “S.O.S” mahnısı isə daha da geniş populyarlıq qazanaraq hər yaşdan insanın dinlədiyi mahnıya çevrilib. Bu hit mahnını restoranlardan, istirahət mərkəzlərindən, küçələrdən və bir çox ictimai yerlərdən eşitmək mümkündür.

Aygün Kazımova, son illərdə yutub platformasında inanılmaz izlənmə rəqəmləri ilə diqqət çəkir. Onun mahnıları müxtəlif dijital platformalarda zirvələrdə yer alır. Məsələn, “Qorxuram” mahnısı yutubda tam 18 milyon izlənmə əldə edib. Ondan cəmi bir ay sonra yayımlanan “Vəfasızlar unudulmur” mahnısı isə sürətlə milyon baxışa çataraq hazırda 12 milyonu keçib.

Ötən ilin sentyabrında təqdim etdiyi “Parol” mahnısı da böyük uğur qazanıb və 20 milyondan çox izlənib. Digər bir məşhur ifası olan “Bilmək olmaz” isə yutubda 14 milyondan artıq baxışa sahibdir.

Türkiyədə çəkilən və yanvarda yayımlanan “Sağ-salamat” klipi də 7,1 milyon izlənmə toplayıb. Pop kraliçanın ən son işi “S.O.S” mahnısı isə cəmi 2 ay içində 18 milyondan çox izlənmə rəqəminə çatıb, bu da onun musiqi dünyasında mövqeyini bir daha təsdiqləyir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər